Azərbaycanda internet medianın dövlət tərəfindən dəstəklənməsi üzrə sənəd hazırlanır
04 İyul 2011 Bazar Ertəsi 11:50
Azərbaycanda internet medianın dəstəklənməsi üzrə sənəd hazırlanır. APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib.
Hazırda bu sənədin Mətbuat Şurasında müzakirə olunduğunu bildirən Ə. Amaşov qeyd edib ki, layihənin hazırlandıqdan sonra müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Bununla bağlı təcrübə mövcud olduğunu bildirən şura sədri Rusiya və digər ölkələrdə internet medianın dövlət tərəfindən dəstəkləndiyini xatırladıb.

Ə. Amaşov onu da deyib ki, sentyabrda Bakıda internet medianın problemlərinə həsr olunan konfrans keçirilməsi də nəzərdə tutulur. Mətbuat Şurasının sədri hazırda Azərbaycanda 2000-ə yaxın bloq səhifəsinin mövcud olduğunu qeyd edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar