Azərbaycanda ilin brendi müsabiqəsində qalmaqal
18 Avqust 2011 Cümə Axşamı 01:55
Caspian Energy İntegration Award, Brand Award Azerbaijan və Ceo Award mükafatları üzrə səsvermənin nəticələri ləğv edildi
Caspian Energy İntegration Award (CEIA), Brand Award Azerbaijan və Ceo Award mükafatları üzrə səsvermənin nəticələri ləğv edilib. Xəzər-Avropa inteqrasiya işgüzar klubunun (CEIBC) mətbuat xidmətinin məlumatına görə, Caspian Energy İntegration Award beynəlxalq mükafatı, Brand Award Azerbaijan milli mükafatı və Ceo Award beynəlxalq mükafatı saytlarının məlumat bazasına girmək üçün bir sıra şirkətlərin çoxsaylı cəhdləri ilə əlaqədar olaraq bu mükafatlarda nominasiyalar üzrə internet-səsverməsinin bütün nəticələri ləğv edilib.
www.caspianenergyaward.com, www.brandaward.az və www.ceo-award.com saytlarında hər üç mükafat üzrə müsabiqəyə 2011-ci il avqustun 29-da start veriləcək. Müsabiqədə iştirak etmək üçün bütün sifarişlər təkrar və pulsuz qəbul olunacaq.
Qeyd edək ki, Caspian Energy Integration Award (www.caspianenergyaward.com) beynəlxalq mükafatı öz dövlətlərinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal iştirak edən, habelə dünya bazarlarında fəaliyyət coğrafiyasını dinamik surətdə genişləndirən şirkətlərə və təşkilatlara təqdim edilir.
Brand Award Azerbaijan (www.brandaward.az) mükafatı il ərzində daha çox maraq doğurmuş və istehlakçıların rəğbətini qazanmış ən populyar əmtəə brendlərinə verilir.
CEO Award (www.ceo-award.com) mükafatı CEIBC və Caspian Energy İnternational Media Group tərəfindən təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Xəzər, Qara dəniz və Baltik regionlarında biznesin və sahibkarlığın inkişafına daha çox töhfə vermiş müəssisə, idarə və təşkilatların rəhbərlərini təltif etmək üçün təsis olunub.
DOSTLARINLA PAYLAŞ: