Azerbaycanda herbi xidmete çağırışın yuxarı yaş heddi artırıla biler
27 Noyabr 2013 Çərşənbə 18:52
Deyişiklikler herbi çağırış sisteminin NATO sistemine uyğunlaşdırılması meqsedi daşıyır.
Azerbaycanda herbi xidmete çağırışın yuxarı yaş heddi artırıla biler. Milli Meclisden APA-ya verilen melumata göre, herbi qanunvericilikde deyişiklikler edilmesi üçün bir qrup deputat terefinden edilen teklifler arasında bununla bağlı “Herbi vezife ve herbi xidmet haqqında” qanuna deyişikler layihesi de teklif olunub.

Deyişikliye esasen, qanunun 18-ci maddesinin 2-ci bendi bu variantda teklif olunur: “Çağırışa möhlet hüququnu itirmiş çağırışçılar, habele möhlet hüququ olmayan ve ya çağırışdan azad edilmek üçün bu qanunda nezerde tutulmuş esasları olmayan, müxtelif sebeblere göre müeyyen edilmiş müddetlerde müddetli heqiqi herbi xidmete çağırılmamış şexsler 40 yaşına çatanadek növbeti çağırış keçirilerken herbi xidmete çağırılmalıdırlar”.

Xatırladaq ki, hazırkı varianta göre bu reqem 35 yaşdır.

Deyişiklikler herbi çağırış sisteminin NATO sistemine uyğunlaşdırılması meqsedi daşıyır. NATO ölkelerinde yuxarı yaş heddi bir sıra ölkelerde 45 yaşdır.

Layihenin növbeti sessiyada Milli Meclisde müzakireye çıxarılması nezerde tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar