Bu ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması nəticəsində istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ötən ay ərzaq məhsullarından düyünün, unun, qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, bananın, armudun, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kökün, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşıb.
Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu əsasən manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq budunun, bitki yağlarının, almanın, naringinin, şabalıdın, kələmin, çuğundurun qiymətlərində qeydə alınıb.
Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb
Bunun nəticəsində istehlak mallarının qiyməti və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz düşüb




Şərhlər