Azerbaycanda ekspertler şebekesi yaradıldı
03 İyul 2014 Cümə Axşamı 10:25
Şebekenin yaradılmasında meqsed ölkeler yeni metodların inkişaf etdirilmesidir.
Şerq Terefdaşlığı Proqramına daxil olan ölkelerin ekspertler şebekesi yaradılıb.

emek ve ehalinin Sosial Müdafiesi Nazirliyinin İctimaiyyetle elaqeler şöbesinden ANS PRESS-e verilen melumata göre, bu barede qerar Avropa Komissiyası, Şerq Terefdaşlığı Proqramı, Avropa Telim Fondunun (ATF) birge teşkil etdiyi “Peşe bacarıqlarının proqnozlaşdırılması ve uyğunlaşdırılması” mövzusunda İtaliyanın Turin şeherinde keçirilmiş beynelxalq seminarda qebul edilib. Şebekenin yaradılmasında meqsed ölkeler arasında beynelxalq tecrübenin daha da intensiv öyrenilmesi, fikir mübadilelerinin aparılması ve bu sahede yeni metodların inkişaf etdirilmesidir.

Azerbaycan üzre qeyd olunan sahede ekspertler şebekesine emek ve ehalinin Sosial Müdafiesi Nazirliyinin, Azerbaycan Milli Elmler Akademiyasının, Dövlet Statistika Komitesinin, İqtisadiyyat ve Senaye Nazirliyinin emekdaşları ve Proqramın Azerbaycan üzre milli eksperti daxildir. Ekspertler Şebekesinin Azerbaycan üzre elaqelendirici şexsi emek ve ehalinin Sosial Müdafiesi Nazirliyi yanında Dövlet Meşğulluq Xidmetinin emekdaşı Heyder Ceferli seçilib.

Eyni zamanda seminarda peşe bacarıqlarının uyğunlaşdırılması ve proqnozlaşdırılması sahesinde istifade olunan metodlar ve hesablama qaydaları barede geniş müzakireler aparılıb ve bu sahede ATF-nun hesabatı dinlenilib.

Ölkelerin iqtisadi ve demoqrafik göstericilerinin peşe bacarıqlarına tesiri barede nümayende heyetleri arasında fikir mübadileleri aparılıb. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar