Azərbaycan əhalisinin 77 faizi hakimiyyətin fəaliyyətindən razıdır. Amerikadakı nüfuzlu "Gallup" təşkilatı keçirdiyi sorğunun nəticələrinə əsasən bu qənaətə gəlib. Təşkilatın keçmiş sovet respublikaları üzrə keçirdiyi sorğuda hər ölkədən 1000 respondent iştirak edib. "Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı?" sualına əhalinin 77 faizi müsbət cavab verib və Azərbaycan birinci yerdə olub.
Beynəlxalq təşkilatın keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Ukrayna əhalisinin cəmi 4 faizi rəhbərliyin işindən razıdır.
Litvada əhalinin 13, Gürcüstanda 21, Moldovada isə 25 faizi ölkə rəhbərliyinin fəaliyyətini bəyənib. /ANS TV/