Azərbaycanda dörd teleradio şirkətinin lisenziyanın müddəti uzadılıb
02 Sentyabr 2011 Cümə 16:42
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.


Şuradan APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) televiziya, radio və əlavə informasiya yayımı, “BURC FM LTD” MMC-nin radio yayımı, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin regional televiziya yayımı və “DİGİCOM” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” AvTV-nin televiziya, radio və əlavə informasiya yayımı, “BURC FM LTD” MMC-nin radio yayımı, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin regional televiziya yayımı, “DİGİCOM” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar