Azərbaycanda donuz qripi aşkarlanıb
04 Noyabr 2009 Çərşənbə 12:25
Ölkəmizdə donuz qripi aşkarlanıb. Xəstəlik Ukraynada müvəqqəti yaşayan və oktyabrın sonunda Kürdəmir rayonuna gələn şəxsdə tapılıb
Azərbaycanda daha bir “donuz qripi”nə yoluxma halı qeydə alındı. Xəstəlik Ukraynada müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna gələn şəxsdə tapılıb. Bu barədə məlumat Səhiyyə Nazirliyinindən verilib.
Xəstə hazırda müalicə edilir.
Qeyd edək ki, bu ilin iyul ayında Azərbaycanda iki nəfər “A H1N1” virusu aşkarlanmışdı.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: