Azərbaycanda dənli bitkilərin istehsalı 24% artıb
15 Avqust 2011 Bazar Ertəsi 11:41
Dənli bitkilərin istehsalı 2,288 mln. ton təşkil edib
10 avqust tarixinə olan vəziyyətə görə, Azərbaycanda dənli bitkilərin istehsalı 2,288 mln. ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrünün göstəricisindən 23,7% çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, hesabat dövründə məhsuldarlıq 24,7 s/hektar təşkil edib.

Hesabat dövrünə 1,635 mln. manat (artım 25,3%) məbləğində buğda istehsal edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar