Azərbaycanda dəmir yolu sistemi müasirləşdirilir
12 İyul 2011 Çərşənbə Axşamı 23:31
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb. ANS PRESS-in “Azərbaycan Dəmir Yolları”nın mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, əmrə müvafiq olaraq dəmir yolunun bütün sahələrinin müasirləşdirilməsi, təsərrüfatlarda maddi-texniki bazanın yaradılması istiqamətində görüləcək işlərin həcminin müəyyən edilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə texniki-iqtisadi komissiya yaradılıb.
“Azərbaycan Dəmir Yolları”ında hazırda vaqon və lokomotiv parkının yeniləşdirilməsi, dəmir yolunun, Bakı-Böyük Kəsik sahəsində sabit cərəyanlı mövcud elektrik təchizatı sisteminin daha da səmərəli dəyişən cərəyanlı sistemlə əvəz edilməsi və dəyişən cərəyanla işləyən lokomotivlərin alınması, işarəvermə, mərkəzləşmə, bloklama və rabitə sisteminin müasirləşdirilməsi planlaşdırılıb, Bakı-Böyük Kəsik istiqamətində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə başlanılıb.
Hazırda dəmir yolunun müasirləşdirilməsi istiqamətində bütün sahələri əhatə edən Tədbirlər Proqramı hazırlanır. “Azərbaycan Dəmir Yolları” QSC-nin departament, birlik, xidmət, MMC və şöbələrinə, eyni zamanda xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrin rəhbərlərinə tapşırılıb ki, dəmir yolunun bütün sahələrinin müasirləşdirilməsi, təsərrüfatlarda maddi-texniki bazanın yaradılması istiqamətində rəy və təkliflərini “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin texniki inkişaf şöbəsinə təqdim etsinlər. anspress
DOSTLARINLA PAYLAŞ: