Azərbaycanda daha bir komissarlığın əməkdaşı həbs edilib
18 İyul 2011 Bazar Ertəsi 12:26
Azərbaycanda daha bir komissarlıq işçisi həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Həbs edilən şəxs Füzuli Rayon Hərbi Komissarlığının 3-cü şöbəsinin rəisi Mircəfər Cəfərovdur. O, Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar həbs edilib. M. Cəfərovun korrupsiyada ittiham olunduğu bildirilir.

Füzuli Rayon Hərbi Komissarlığından APA-ya M. Cəfərovun tutulması faktını təsdiqləyiblər. Lakin bu barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt və Gəncə Şəhər Hərbi Komissarlıqlarında da korrupsiya faktları aşkar edilib. Bir neçə rayonun hərbi komissarı və komissarlıq işçiləri həbs ediliblər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar