Azərbaycanda daha bir dövlət bayrağı meydanı olacaq
12 Avqust 2011 Cümə 00:22
15 gün əvvəl başlayan inşaat işlərinin noyabrda yekunlaşdırılması nəzərdə tutulur
Göyçayda Dövlət bayrağı meydanı inşa edilir. AzərTAc xəbər verir ki, şəhərin mərkəzində tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət bayrağı 30 metr hündürlükdə dalğalanacaq. Bayrağın postamenti qranitlə üzlənəcək. Qranit lövhənin üzərində Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni əks olunacaq.
“ATF-İnşaat” MMC-in briqadası tərəfindən bir hektara yaxın ərazidə həyata keçirilən tikinti işləri zamanı bayraq meydanının gözəl görkəmdə olması üçün oradakı həmişəyaşıl ağaclara toxunulmayıb. Meydanın ərazisinə tamet plitələr döşənəcək, oturacaqlar qoyulacaq, dekorativ gül kolları və ağaclar əkiləcək. Ərazidə müasir formada fəvvarənin tikintisi və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün açıq səhnənin və rəngli işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulur. Tikintiyə 15 gün əvvəl başlanılıb. İşlərin noyabrda yekunlaşdırılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: