Azərbaycanda daha 33 dini icma qeydiyyata alınıb
15 Yanvar 2010 Cümə 20:45
Şəhadətnamə alan icmalar arasında “Bakı Dağ Yəhudiləri İcması” da var
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cümə günü dini icmaların təkrar qeydiyyata alınması çərçivəsində daha 33 dini icmaya qeydiyyat vəsiqəsi təqdim edib.
Qeydiyyat haqqında şəhadətnamə alan icmalar arasında “Bakı Dağ Yəhudiləri İcması” da var. Digərləri isə müsəlman icmalarıdır.
Ümumilikdə, 2010-cu il yanvarın 1-dək, daha doğrusu sənədlərin verilməsi müddəti başa çatanadək qeydiyyat üçün Dövlət Komitəsinə 700 dini icma müraciət edib, onlardan artıq 155-i şəhadətnamə alıb.
İcmaların təkrar qeydiyyatdan keçməsi bu yaxınlarda “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlərin edilməsi ilə bağlıdır. Əvvəllər Azərbaycanda 534 dini təşkilat qeydiyyata alınmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: