Azərbaycanda 90-a yaxın milli azlığın nümayəndəsi yaşayır. Bu barədə insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova bəyan edib.
“Bu gün Azərbaycanda 90-a yaxın milli azlığın nümayəndəsi yaşayır. Onlar, əvvəlki kimi, yüzilliklər ərzində, bir-birinə dəstək göstərirlər”, - deyə E.Süleymanova Bakıda milli azlıqların və miqrantların mədəni hüquqları mövzusuna həsr edilmiş ombudsmanların IX Beynəlxalq konfransının açılışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda milli azlıqlara və miqrantlara qayğı və dəstək dövlət siyasətinin bir hissəsidir. “Son illər ərzində Azərbaycan milli azlıqların və miqrantların yaşaması üçün sosial şəraitin yaxşılaşdırılması sahəsində çox işlər görüb”, - deyə ombudsman vurğulayıb. ANSPRESS
Azərbaycanda 90-a yaxın milli azlığın nümayəndəsi yaşayır
Bu barədə ombudsman Elmira Süleymanova bəyan edib.




Şərhlər