Azərbaycanda 6 aya 37 milli standart qəbul edilib
25 İyul 2011 Bazar Ertəsi 18:20
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin yanvar-iyun ayları ərzində görülən işlərin nəticələrini açıqlayıb.
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) bu ilin yanvar-iyun ayları ərzində görülən işlərin nəticələrini açıqlayıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hesabat dövrü ərzində Texniki Komitələr, Azərbaycan Standartları İnstitutu, dövlət və özəl təşkilatlar tərəfindən işlənmiş 37 milli standart qəbul edilib.

Bunlara misal olaraq, "Dizel yanacağı", "Motor yanacaqları. Etilsiz benzin", "Pəhriz çörəyi və zənginləşdirilmiş çörək", "Peçenye", "Makaron məmulatları", "Pirotexnik məmulatlar", "Ət gigiyenasının ümumi prinsipləri", "Qablaşdırılmış təmli və ətirli qara məxməri çay", "Qarışıq meyvə nektarları", "Laboratoriya analizi üçün su", "Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi", "Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat", "Turizm-informasiya nişanları", "Neft və qaz sənayesi. Qazıma və istismar avadanlığı. Endirmə-qaldırma əməliyyatı üçün avadanlıq", "Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar”, "İcra xidməti operativ nəqliyyat vasitələrinin rəng qrafikası sxemləri, fərqləndirici nişanları", "Beton səki daşları" və s. adını çəkmək olar.

Bu ilin 6 ayı ərzində sənaye mülkiyyəti sahəsində müvafıq beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq təşkilatlarla birgə tədbirlərin keçirilməsi, xarici təcrübənin öyrənilməsi və istifadəsinin təşkili və s. işlər davam etdirilib.
Daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında ilk yarımillikdə 66 ədəd ixtira, 6 ədəd faydalı model, 15 ədəd sənaye nümunəsinə dair patent, 637 ədəd əmtəə nişanına dair şəhadətnamə qeydiyyata alınaraq sahiblərinə verilib. Bundan başqa 2 ədəd əmtəə nişanına dair iddia sənədi üzrə hüquqlar, 4 ədəd beynəlxalq əmtəə nişanının istifadəsinə dair lisenziya müqaviləsi və 25 ədəd əmtəə nişanına dair hüquqlar verilib.

Cari ilin 6 ayı ərzində Komitənin ərazi dövlət nəzarəti idarələri tərəfindən 762 dövlət nəzarəti tədbiri həyata keçirilib ki, bunlardan 267-si ərzaq məhsulları, 102-si qeyri-ərzaq məhsulları, 263-ü metroloji nəzarət, 130-u ticarət sahələrini əhatə edib. Aparılmış dövlət nəzarəti tədbirlərindən 205-i Azərbaycan Respublikası Prezidentinin 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq cari ilin may ayının 1-dən Ədliyyə Nazirliyinin Reyestrindən çıxarış alınaraq həyata keçirilib. Dövlət nəzarəti tədbirləri nəticəsində 170 təsərrüfat subyektində nöqsan aşkar edilərək barələrində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

u müddətdə daha bir uğurlu addım Azərbaycanda vaxtın sinxronlaşdırılması ilə bağlı olub. Belə ki, ABŞ istehsalı olan «Vaxt və tezlik etalonu» avadanlıq kompleksi alınaraq Milli Metrologiya Mərkəzində quraşdırılıb. Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir.

Vaxt və Tezlik etalonunun əsas prinsipi «sezium» elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir.

Daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında ilk yarımillikdə 66 ədəd ixtira, 6 ədəd faydalı model, 15 ədəd sənaye nümunəsinə dair patent, 637 ədəd əmtəə nişanına dair şəhadətnamə qeydiyyata alınaraq sahiblərinə verilib. Bundan başqa, 2 ədəd əmtəə nişanına dair iddia sənədi üzrə hüquqlar, 4 ədəd beynəlxalq əmtəə nişanının istifadəsinə dair lisenziya müqaviləsi və 25 ədəd əmtəə nişanına dair hüquqlar verilib.

Həmçinin cari ilin 6 ayında 30 sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub və dövlət reyestrinə daxil edilib, 49 laboratoriyanın akkreditasiya attestatının qüvvədə olma müddəti uzadılıb. Bundan başqa, hesabat dövründə 2 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanın fəaliyyəti razılaşdırılıb, 4 oxşar məhsulların sertifikatlaşdırılması üzrə orqan akkreditasiya olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar