Ölkə

Azərbaycanda 100 ton ehtiyata malik platin yatağı aşkarlanıb

Bu haqda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib

· Xəbərçi
Azərbaycanda 100 ton ehtiyata malik platin yatağı aşkarlanıb
“Azərbaycanda platin yatağı aşkarlanıb. Həmin yataqda 80-100 ton platin ehtiyatının olduğu ehtimal edilir”. Bu haqda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirin sözlərinə görə, Moskva, Kanada və başqa ölkələrin laboratoriyalarında aparılan təhlillərin nəticəsi aşkarlanan yatağın platin yatağı olduğunu sübut edir.

Nazir onu da bildirib ki, hazırda 66 çöl obyektində geologiya işləri aparılır.

Şərhlər