Azərbaycana külli miqdarda zinət əşyaları keçirilməsinin qarşısı alınıb
04 Avqust 2012 Şənbə 15:10
Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi avtobusdan 654 ədəd üzük, 238 ədəd kulon aşkar edilib.
Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi “Mercedes-Benz Travego” markalı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.

ANS PRESS-in Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin nəqliyyat vasitəsinin yüklərinə “Smiths HS-100100 T-is” markalı X-RAY detektoru ilə baxış zamanı 6 ədəd polietilen kisəyə salınmış kağız qutularda, dini əşyaların arasından sürücü M.Boranın gömrük bəyannaməsində qeyd etmədiyi və şifahi olaraq bildirmədiyi əşyalar tapılıb. Belə ki, ağ rəngli metaldan hazırlanmış zinət əşyaları - 654 ədəd üzük, 238 ədəd kulon, 131 ədəd bilərzik, 31 dəst tana-üzük-kulon, 16 ədəd boyunbağı, 10 cüt tana və 5 ədəd təsbeh aşkar edilib.

“Sınıq Körpü” gömrük postunda gömrük sahəsində qeydə alınan digər hüquq pozuntusu isə mobil telefon qaçaqmalçılığı olub. Belə ki, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn “Opel Frontera” markalı minik avtomobilinə gömrük nəzarəti keçirilən, həmin nəqliyyat vasitəsinin sahibinin Gürcüstan vətəndaşı Sakinə Seidova, sürücü isə Azərbaycan vətəndaşı Raqil Həsənovun olduğu müəyyən edilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən vətəndaş R.Həsənova məxsus müxtəlif markalı 251 ədəd mobil telefon və mobil telefonlara aid 817 ədəd aksesuar aşkar edilərək götürülüb. Bütün faktlarla bağlı təhqiqat aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar