İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda prioritet hesab olunan bir sıra sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il aprelin 22-də Sabunçu rayonunda “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sabunçu rayonunun qəsəbələri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- zəfəran təsərrüfatlarının yaradılması;
- zəfəran emalı və qablaşdırılması müəssisəsinin yaradılması;
- müasir çörək istehsalı müəssisələrinin yaradılması;
- müasir kiçik və orta həcmli istixana komplekslərinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması;
- kiçik həcmli müasir ət kəsimi müəssisələrinin yaradılması.
Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail:
[email protected]