Ölkə

Azərbaycan yaşıl rəngə boyanacaq

Ekologiya ili çərçivəsində ölkəmizdə 10 milyonlarla ağac əkiləcək

· Xəbərçi
Azərbaycan yaşıl rəngə boyanacaq
2010-cu ekologiya ili çərçivəsində Azərbaycanda çirkab sularının təmizlənməsi, bütün ölkə ərazisində yaşıllıqların salınması, eləcə də Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı konkret investisiyaların qoyulması planlaşdırılır. Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseny Bağırov deyib.
Onun sözlərinə görə, bu, təkcə Azərbaycan üçün yox, Azərbaycanda ekologiya ili, yaşıl dünya üçündür: “Çünki görüləcək tədbirlərin əksəriyyəti Azərbaycanda ekoloji durumun saflaşdırılması ilə bağlıdır. Ümumiyyətlə, dünyada gedən narahatçılıq prosesina Azərbaycanın böyük töhfə verməsini nəzərdə tutur”.

Nazirin fikrincə, ən kiçik vəzifə Abşeron yarımadasında quraq torpaqları yaxşı irriqasiya sistemləri yaratmaqla, ilk mərhələdə 3 milyon ağacın əkilməsi, sonra isə onun 10 milyonlarla ağaca çatdırılmasıdır: “Bu təkcə Abşerona, Azərbaycana yox, ümumiyyətlə.regionun, dünyanın atmosferinə, sağlamlaşma prosesinə bir töhfədir”.

H.Bağırov deyib ki, bununla paralel olaraq nəhəng proqramlar da var: “Azərbaycanda çirkab sularının təmizlənməsi, bərk tullantıların idarə olunmasında dönüş yaranması, təhlükəli tullantıların idarə olunmasında müasir tələblər səviyyəsinə çatdırılması, birdəfəlik olaraq, bütün Azərbaycan üzrə yaşıllıqların salınması, Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı konkret investisiyaların qoyulacaq”.
ANSPRESS

Şərhlər