Azərbaycan Yaponiyaya 1 milyon dollar həcmində maliyyə yardımı göstərəcək
Azərbaycan Yaponiyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq bu ölkəyə yardım etmək barədə qərar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yaponiyada baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və ölkəyə dəymiş ziyanı nəzərə alaraq Azərbaycan Nazirlər Kabinetinin 91-S saylı 18 mart 2011-ci il tarixli sərəncamına əsasən, AR hökuməti tərəfindən təbii fəlakətin nəticələrini aradan qaldırılması məqsədilə Yaponiyaya 1 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstəriləcək. APA




Şərhlər