Ölkə

Azərbaycan XİN-in yeni mətbuat katibi təyin edilib

Bu Elman Abdullayevdir

· Xəbərçi
Azərbaycan XİN-in yeni mətbuat katibi təyin edilib
Elman Abdullayev Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi vəzifəsinə təyin edilib.
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl müvafiq sərəncam imzalayıb.

Buna qədər Elman Abdullayev nazirliyin mətbuat xidmətinin birinci katibi vəzifəsində çalışıb.
E. Abdullayevdən əvvəl XİN-in mətbuat katibi olmuş Elxan Poluxov ötən ay Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri təyin edilib.

Şərhlər