Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin keçirəcəyi təlimdə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin bir neçə gəmisinin də iştirakı nəzərdə tutulur.
Hərbi təlimdə dənizdə gəminin zəbti, terrorçuların zərərsizləşdirilməsi, dənizdə infrastrukturların mühafizəsi kimi müxtəlif əməliyyatların icrası, həmçinin xüsusi təyinatlı qüvvələrin sahilə çıxarılması nəzərdən keçiriləcək.
Məlumata görə, bu həm cəlb olunan gəmilərinin, həm də əməliyyatların müxtəlifliyinə görə, Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərdən ən böyüyü olacaq.
Azərbaycan Xəzərdə hərbi təlimlər keçirəcək
Yaxın vaxtlarda Azərbaycan Xəzər dənizində genişmiqyaslı hərbi təlim keçirəcək. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.




Şərhlər