Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub
27 Aprel 2011 Çərşənbə 17:28
Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin ikitərəfli görüşü olub.


APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Mehmet Əli Şahin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun görüşü bu gün Astanada «Rixos President Otel»də baş tutub.

Qısa müddətdə davam edən görüşdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş Katibliyinin büdcəsinin artırılması məsələsi müzakirə olunub.

Qeyd edək ki, Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərlərinin iştirakı ilə TürkPA-nın ikinci plenar sessiyası keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar