Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün tarixi dəqiqləşib. XİN rəhbərləri iyunun 11-də Moskvada bir araya gələcəklər. ANS PRESS-in “Amerikanın səsi” radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlı jurnalstlərə müsahibəsində bildirib.
“Azərbaycan, Ermənistan və Rusiya prezidentləri xarici işlər nazirlərinə Soçi görüşündən bağlı qalan məsələləri həll etməyi tapşırıblar”, - deyə o bildirib.
E.Məmmədyarov, həmçinin Parisə səfərinin də nəzərdə tutulduğunu və Fransanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini bildirib.
Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.
Azərbaycan və Ermənistanın XİN rəhbərləri iyunun 11-də görüşəcək
Moskvada keçiriləcək görüşdə Rusiya xarici işlər naziri də iştirak edəcək




Şərhlər