Azərbaycan və azərbaycanlıların səsi bütün Avropanı tutdu!
16 May 2011 Bazar Ertəsi 00:06
"Azərbaycan xalqı vahid komanda olanda hər şeyin öhdəsindən gəlir"
Azərbaycan vətəndaşıın içindəki özünəinamsızlıq, adətən “Kim məndəndir?” yox, “Mən kimdənəm?” sualıına uğyun davranmaq arxayınsızlığının-arxasızlığının yaratdığı fağır obrazı birdən birə dağılmadı…
Biz Qarabağ müharibəsindən qaçaraq qaçqın düşdüyümüzü və bununla da uzun müddət bütün dünyada oyatdığımız “bizə yazığınız gəlsin!” mənzərəsinə hesablanan düyü və ətə msöhtaclar tolplusu olduğumuzu dərhal unutmadıq. Biz xarici qonaqların qarşısına həmişə uçuq koma və çadır düşərgələri ilə dərdin canlı eksponat kimi dayandığımız vaxt və aqibətin əsirliyindən belə tez çıxmadıq…
Biz ümumiilli məğlubiyyət sindromunu ümummilli qələbə psixolojisinə dəyişməkdən ötrü səbəb və və vəsilə qazanmalıydıq. Və qazandıq. Və bu qələbələrin bazası belə quruldu. Kimlərinsə ağız büzərək “pulu hara gəldi xərcləyirlər” deməsinə baxmayaraq,.. Biz əzəli qələbə üçün əzələ qələbəsindən başlamalıydıq. Və başladıq. Ləyaqətimizin, heysiyyətimizin müvazinətini, tapdalanmış milli mənliyimizin dadına - uzun fasilədən sonra qazanılmış ilk Olimpiya medalları çatdı.
Qızılın dadından dişimizdə şirə qaldı. Və bu dad yalnız qızılın əyarını dişi ilə yoxlayaraq necə deyərlər forslanan idmançımıza aid deyildi. Bütün xalq qələbənin nə dadının elə azadlığın dadı kimi nə qədər şirin olduğunu yenidən xatırladı.
Bu nailiyyətlər, qaldırılan bayaraqlar ölkənin ümumi qalxınma və dirəniş imkanlarının təsdiqi idi. Yeni qələbələr, çalınan himnlər… bayraqla bərabər qalxan adımız. Uğur uğura yoldaşdı deyiblər…Elə Evrovijn müsabiqəsinə ilk dəfə yollananda ən nikbin izləyicimizin belə ağlına gəlməzdi ki, ilk onluğa düşə bilərik. Sonra inanılmalara inandıq… əvvəl içində bütöv Azətrbaycan fəlsəfəsi daşıyan cənbi Azərbaycanlı Araşla Şimali azərbaycanlı Ayselin bu uğuru…
Sonra Səfurə Əlizadənin gətirdiyi sevinc yaşları…
Və nəhayət Azərbaycanın Evrovijn-da bütün rəqiblərini arxada qoyaraq müstəqillik tarixinin ilk ən böyük mədəni nailiyyətinə imza atdı. Dünya musiqi tarixində 56 addan biri və hələlik sonuncu qalib olmaqla.
Bu gün Azərbaycan öz qələbəsini nuş canlıqla həzm edir. Elə bil ki, elə belə də olmalıydı. Amma olmaya da bilərdi. Əgər qalib gəlmək elminin bütün prisiplərinə riayət olunmasaydı. Əgər idmançılarımızın gələcək uğurları üçün məskənlər salınmasaydı.. Əgər onlar qələbə çalmağı məşq etməsəydidlər. Əgər bayrağımızın hər belə uğurdan sonra vəcdlə dalğalandığına adət etməsəydik. Bu gün Azərbaycan Evrovijn-da ona görə qalib gələ bildik ki, Avropanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar və azərbaycansevərlər səs verdilər, səs səsə verdilər… Bu olduqca böyük bir işin təşkilinin bəhrəsi idi. Biz ermənilərin diaspora əfsanəsini dağıtdıq. Ermənilər bir neçə il idi ki, bu acı etirafa addım-addım gəlirdilər. Və mən tam əminəm ki, Obamanın soyqırımı sözünü deməməsmi, Fransa senatının ermənilərin iddiasını nümayişkaranə rədd etməsi ilə Evrovijn yarışlarındakı tədrici geriləmələr arasında bir məntiqi bağlılılıq var. Biz daha güclü və daha mütəşəkkil olduq…
Doğrudur bəzi pessimistlər Azərbaycanın 2012-ci ildə Evrovijn mahnı müsabitəsini layiqincə qarşılayacağına əmin deyil. Amma nahaq yerə. Azərbaycanın imza atdığı elə layihələr var ki. Evrovijn onun yanında toya getməlidir… Və biz də ona elə toy kimi gedəcəyik… Bu qədər layihələr, görülən nəhəng işlər, uğurlu iqtisadi göstəricilərlə dolu Azərbaycan təqvimi… bunların sırasına daha birini də atırmağa nə var ki… Çətindir. Amma Azərbaycan artıq çoxdandır ki, məhz elə çətin işlərin öhdəsindən gəlməklə bölgcənin iriçaplı silahına çevrilib. Bunu da edəcəyik. Azərbaycan xalqı vahid komanda olanda hər şeyin öhdəsindən gəlir. Bu komandanın qələbəsi təsadüfi deyil. Ona görə də Sizi təbrik edirik, Bu sizin qələbənizdir! Baş Məşqçi, cənab Prezident!
Mir Şahin
DOSTLARINLA PAYLAŞ: