Azərbaycan tərəfə keçən erməni Bakıda dindirilir
08 Mart 2014 Şənbə 12:00
Saxlanılan erməni dindirilmə zamanı bildirib ki, Tavuş vilayəti, Berd rayonu, Varin Qarmir Axbuyr kəndindəndir.
Ötən gün günorta saatlarında Tovuz rayonunda saxlanılan erməni gənc artıq Bakıya gətirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun ANS PRESS-ə verdiyi məlumata görə, həmin şəxs hazırda dindirilir.

Şahin Sailovun sözlərinə görə, saxlanılan 09.03.91-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayanın vəziyyəti yaxşıdır. O, dindirilmə zamanı bildirib ki, Tavuş vilayəti, Berd rayonu, Varin Qarmir Axbuyr kəndindəndir.

“O, Azrəbaycan dilində danışa bilmir. Rus dilində isə çox pis danışır. Özünün deyinə görə, Qoyunlarını axtarırmış və bu səbəbdən azıb. Hazırda onun Azərbaycana nə səbəbə gəlməsi araşdırılır”. – deyə Arsen Xocayan bildirib.

Qeyd edək ki, saxlanılan Arsen Xocayan bir qədər əvvəl də eyni istiqamətdə Ermənistandan keçmiş Mamikon Xocayanın qohumudur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar