«Azərbaycan silahlı qüvvələrində vəziyyət normaldır və ordu hissələrində baş verən ayrı-ayrı hadisələri şişirtməyə ehtiyac yoxdur». Bunu parlamentin bu günkü plenar iclasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov millət vəkili Pənah Hüseynin orduda vəziyyətin ağır olması ilə bağlı ittihamlarına cavab olaraq bildirib.
Z.Əsgərov həmçinin Qaraheybətdə əsgərlərin kütləvi şəkildə zəhərlənməsi haqda yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, məsələ ilə maraqlanıblar və burada zəhərlənmədən söhbət gedə bilməz. /ANS TV/