Ölkə

Azərbaycan Rusiyaya qaz ixracına hazırlaşır

Quba, Qusar, Xaçmaz rayonlarına təbii qazın verilişi dayandırılıb

· Xəbərçi
Azərbaycan Rusiyaya qaz ixracına hazırlaşır
"Mozdok-Qazıməmməd" qaz kəmərinin Qubanın Vəlvələ kəndi ərazisindən keçən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən şimal bölgəsinə - Quba, Qusar, Xaçmaz rayonlarına təbii qazın verilişi dayandırılıb. ANS-in Qusar bürosundan verilən məlumata görə, qaz verilişi əhalini xəbərdar etmədən kəsildiyi üçün vətəndaşlar ciddi problemlər yaşayıb.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Azərbaycan Rusiyaya qaz ixrac edəcək. Yerli qaz idarələri bu prosesə başlamazdan əvvəl kəmərdə yenidənqurma və təmir bərpa işlərinin aparıldığını bildiriblər.
ANSPRESS

Şərhlər