Azərbaycan Rusiyadan yeni təlim silahları alıb
14 Dekabr 2009 Bazar Ertəsi 15:45
Bu barədə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov məlumat verib
Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Rusiyadan yeni təlim silahları alıb. Bu barədə cəmiyyətin sədri, polkovnik Novruzəli Orucov məlumat verib.

N.Orucovun sözlərinə görə, bu günədək təşkilatın atıcılıq kurslarında əsasən SSRİ dövründən qalma TOZ-8 tüfənglərindən istifadə olunub. Novruzəli Orucov, yeni silahların pnevmatik olduğunu, xarici dizaynı, ölçüləri və çəkisində həqiqi atıcı silahlara bənzədiyini qeyd edib.

"Bu silahlar eyni ilə döyüş silahlarına uyğun parametrləri bərabərdir. Sadəcə bunların gülləsi pnevmatikdir. Yəni canlı qüvvə üçün heç bir təhlükəsi yoxdur. Bunlar sadəcə tir şəraitində 10-15 metrlik məsafədən atəş açmaq üçün nəzərdə tutulub. Deşici qabiliyyəti isə ondan ibarətdir ki, sadə bir kağız vərəqinin 10 metrədən deşə bilər. Bu da uşaqların sərrast atması üçün nəzərdə tutulub", deyə N. Orucov bildirib.

Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin rəhbəri yaxın vaxtlarda snayper kursu üzrə təlimlərə başlayacaqlarını da qeyd edib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar