Azərbaycan Rusiya gəmisinin heyətini xilas etdi
27 Mart 2014 Cümə Axşamı 15:03
Ehtiram Rəhimov qeyd edib ki, "Vətən-1"də texniki problemlər hələ də aradan qaldırmayıb.
"Xəzərin Azərbaycan sektorunda saxlanan Rusiya bayrağının altında üzən "Vətən-1" gəmisi hələ azad edilməyib".

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan dövlət dəniz administrasiyasının rəis müavinini Ehtiram Rəhimov deyib.

O bildirib ki, bu gəminin sahibi olan şirkət Azərbaycan limanına olan borcunu ödəməyib və texniki problemləri hələ də aradan qaldırmayıb.

Rəis müavinini eyni zamanda qeyd edib ki, Azərbaycan tərəfi gəminin ekipajını qidayla və yanacaqla təmin edib.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində bir müddətdir Rusiya gəmisi qalıb. “Vətən-1” gəmisinin mühərrikində problem yaranıb. 1972-ci ildə istehsal olunan gəmi “VTS-Trans” şirkətinə məxsusdur. Onun göyərtəsində Rusiya və Ukrayna vətəndaşları var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar