Ölkə

Azərbaycan qış vaxtına keçdi

Azərbaycan qış vaxtına keçdi. Ölkə ərazisində saatlar bir saat geri çəkilib.

· Xəbərçi
Azərbaycan qış vaxtına keçdi
Bu gecə Azərbaycan qış vaxtına keçdi. Saat 05.00-cə ölkə ərazisində saatlar bir saat geri çəkilib. Energetiklərin fikrincə isə saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və qaza qənaət etməyə imkan verir. Xatırladaq ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Onların sırasına İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və bir sıra digər ölkələr daxildir. ANSPRESS

Şərhlər