Azərbaycan qaz nəqlinin coğrafiyasını genişləndirir
30 İyul 2012 Bazar Ertəsi 16:54
Rəsmi Bakı “Nabukko West” layihəsinə üstünlük verdiyini gizlətmir.
“Şahdəniz” yatağının işlənməsi layihəsinin II mərhələsi üzrə yekun sərmayə qərarının qəbul edilməsi müddəti yaxınlaşdıqca (“NQ”- 2013-cü ilin ortası) Xəzərin qazının Avropaya nəql edilməsinə dair layihənin dairəsi daralır. Bu yaxınlarda “Şahdəniz” layihəsinin işlənməsi üzrə konsorsium bəyan edib ki, qazın Cənub-Şərq və Mərkəzi Avropaya nəql edilməsində “Nabukko West”i prioritet layihə hesab edir.

“Nezavisimaya qazeta” yazır ki, bu marşrutun lehinə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də çıxış edib. Bu yaxınlarda o, “Reuters”ə müsahibəsində bildirib ki, “Nabukko West” böyük potensiala, böyük ötürücü qabiliyyətinə malikdir. Bu, Azərbaycan qazı üçün daha etibarlı satış kanalıdır. Nazir eyni zamanda qeyd edib ki, bu layihə Avropa Birliyi tərəfindən də həmişə dəstəklənib. Natiq Əliyevin bu müsahibəsi o fikirə yönəldir ki, “Nabukko West” Azərbaycan rəhbərliyinin dəstəyini alıb.

Qeyd etmək lazımdır ki, Bakı və Ankaranın Türkiyənin Avropa ilə sərhədinə qədər birgə qaz kəməri tikmək qərarı “Nabukko West” səhmdarlarının tapşırıqlarını nisbətən yüngülləşdirdi. Təsadüfi deyil ki, bu yaxınlarda “Nabucco Gas Pipeline International GmbH”in mətbuat katibi Kristian Dolezal etiraf edib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan TANAP layihəsi “Nabukko” səhmdarları üçün sürpriz olub. Bundan başqa, o qeyd edib ki, TANAP və “Nabukko West” layihələrinin reallaşması üçün yaxşı baza mövcuddur.

Bu layihənin maliyyələşdirilməsi üçün Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası 4 milyard avro həcmində sərmayə yatırmaq məqsədilə layihənin qiymətləndirilməsini davam etdirir.

Xatırladaq ki, Türkiyə ərazisindən qaz Azərbaycan və Türkiyənin təsisçiliyi inşası planlaşdırılan Trans-Anadolu qaz boru kəməri ilə Bolqarıstana çatdırılacaq. "Nabucco West" boru kəmərinin uzunluğu 1300 km təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar