Azərbaycan prezidenti Dövlət bayrağı meydanında inşaat işləri ilə tanış olub
13 Yanvar 2010 Çərşənbə 19:00
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 13-də Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.
APA-nın məlumatına görə, prezidentə görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün lazımi infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Dayağının hündürlüyü 162 metr olan Dövlət bayrağının uzunluğu 70 metr, eni isə 35 metr, çəkisi 350 kiloqram olacaq.

Dövlət başçısı inşaat işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar