Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. Forum Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) iyulun 8-dən 10-dək olacaq. Biznes forumunun məqsədi Azərbaycan sahibkarları ilə Pakistanın iş adamları arasında ikitərəfli görüş təşkil etmək, birgə əməkdaşlıq imkanlarını araşdırmaq, qarşılıqlı iqtisadi əlaqələr yaratmaq, əczaçılıq sahəsində yerli bazarın vəziyyətini öyrənməkdir.
Tədbirdə Pakistanın müxtəlif əczaçılıq şirkətlərinin nümayəndələri və Azərbaycanın müvafiq dövlət orqanları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.
Forum çərçivəsində təşkil olunacaq sərgidə Pakistanda istehsal edilən dərman preparatları nümayiş etdiriləcək./AzərTAc/