Bu gün saat 20.30-dan etibarən Ermənistanın silahlı qüvvələri Tərtər rayonunun işğal altındakı Seyidsulan kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini, həmçinin Qapanlı kəndini atəşə tutub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, atışma bir saata yaxın intensiv olaraq davam edib. Eyni zamanda, mövqelərimiz qumbaraatanlardan da atəşə məruz qalıb.
Mövqelərimizin yaxınlığına düşən mərmilər yanğının meydana gəlməsinə səbəb olub.
Atışma hazırda da davam edir. Hələlik itki barədə məlumat yoxdur. /ANS PRESS/