Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
15 Aprel 2009 Çərşənbə 10:00
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 14-də saat 21.05-dən 21.30-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 15-də saat 05.30-dan 05.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar