Azərbaycan Ordusunun hərbçisi ömürlük azadlıqdan məhrum edilib
18 Yanvar 2010 Bazar Ertəsi 12:05
3 çavuşu, 1 əsgəri qətlə yetirən, əsgər yoldaşlarından birini isə yaralayan Azərbaycan Ordusunun kiçik çavuşu Orxan Səfərova hökm oxunub.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında yerləşən Təlim Mərkəzində 3 çavuşu, 1 əsgəri qətlə yetirən, əsgər yoldaşlarından birini isə yaralayan Azərbaycan Ordusunun kiçik çavuşu Orxan Səfərova hökm oxunub. APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Orxan Səfərovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə O. Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O. Səfərov Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29. 120 (cinayət etməyə cəhd) və 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar