Ölkə

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik məlumat verib.

· Xəbərçi
Azərbaycan Ordusunun əsgəri yaralanıb
Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri yaralanıb. Bu barədə məlumatı ANS PRESS-ə eksklüziv olaraq bu gün cəbhə xəttində monitorinq keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik verib. O, cəbhə xəttindən atəşkəsin tez-tez pozulmasından narahat olduğunu bildirib. “Mən iki tərəfdə atəşkəs barədə əldə edilən razılığa əməl etmək barədə danışıqlar aparmışam”.
Hələlik əsgərin şəxsiyyəti bəlli deyil.

Qeyd edək ki, Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. ANSPRESS

Şərhlər