Azərbaycan Ordusunun əsgəri intihar edib
15 Noyabr 2009 Bazar 15:50
1991-ci il təvəllüdlü Zakir Malik oğlu Babayevin meyidi bu axşam Xaçmaz rayonuna gətiriləcək
Azərbaycan Silahlı Qüvvələrində intihar hadisəsi baş verib.
2009-cu ildə Xaçmaz hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Zakir Malik oğlu Babayev Gədəbəy rayonunda xidmət etdiyi N saylı hərbi hissədə intihar edib.
Məlumatı ANS PRESS-ə Xaçmaz hərbi komissar əvəzi Faiq Rüstəmov təsdiqləyib və bildirib ki, əsgər gecə üstündəki silahla özünü vurub. Onun ölümündən əvvəl hər hansı məktub yazıb-yazmadığı hələlik bəlli deyil.
Xaçmaz rayon İcra hakimiyyətinin Müşkür inzibati ərazi vahidliyi nümayəndəsinin verdiyi məlumata görə, əsgərin meyidi axşam saatlarında doğulduğu Müzəffəroba kəndinə gətiriləcək.
Hadisə ilə bağlı Hərbi prokurorluğun Gəncə hərbi qarnizonunda cinayət işi açılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: