Azərbaycan Ordusu pulemyotlardan atəşə tutulub
25 İyul 2009 Şənbə 11:35
Azərbaycan Ordusu pulemyotlardan atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 24-də növbəti dəfə atəşə tutulub. Erməni ordusu saat 20.00-dan 20.05-dək Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki üzbəüz mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs avtomat və pulemyotlardan açılan atəş nəticəsində pozulub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar