Azərbaycan Nabuccoya qaz verə bilər
14 İyul 2009 Çərşənbə Axşamı 19:10
Azərbaycan prezidenti İlham Əliyev “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanmasından məmnun olduğunu bildirib.
APA-nın xəbərinə görə, İ. Əliyev Londondakı “Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında Türkiyə ilə Azərbaycan arasında tranzit anlaşmasının imzalanacağına ümid etdiyini söyləyib: “Azərbaycan hələ ”Nabucco” gündəmə gəlməzdən əvvəl xarici sərmayədarları Xəzər regionuna dəvət edib. Bizim təşəbbüslərimiz olmasaydı, “Nabucco” layihəsi həyata keçməzdi. Layihəni fəal surətdə dəstəkləmişik. Amma “Nabucco” ilk olaraq gündəmə gəldikdə Azərbaycan potensial tədarükçü kimi nəzərdə tutulmurdu. O vaxt bizim də ehtiyatlarımız az idi. “Nabucco” inşa edildikdən sonra iqtisadi baxımdan bizim yararımıza olarsa, kəmərə qaz verə bilərik. Bizim kifayət qədər qaz ehtiyatımız var”.

İ. Əliyev bu il Türkiyəyə 7 milyard kubmetr təbii qaz satacaqlarını, Türkiyəyə ötürdükləri təbii qazın bir hissəsinin Yunanıstana satıldığını vurğulayıb: “Nə qədər çox bazara çıxışımız olsa, bizim üçün o qədər yaxşıdır”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar