Azərbaycan Müdafiə Nazirliyində yeni struktur yaradılacaq
17 İyun 2009 Çərşənbə 17:45
Yaxın vaxtlarda Azərbaycan Müdafiə Nazirliyində yeni struktur yaradılacaq.
APA-nın məlumatına görə, bu barədə “Azərbaycan hüquq-mühafizə orqanları və silahlı qüvvələrində aparılan islahatların Avroatlantik məkana inteqrasiyada rolu” adlı konfransda çıxışında NATO-nun Cənubi Qafqaz ölkələri üzrə məsul zabiti Zbiqnev Rıbatski bildirib.

Z. Rıbatski həmin strukturun hansı funksiyaları yerinə yetirəcəyini açıqlamayıb. Bununla belə, NATO rəsmisi yeni struktura general rütbəli hərbçinin rəhbərlik edəcəyini deyib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar