Ölkə

Azərbaycan mediasının dili ilə bağlı konfrans keçiriləcək

Məqsədi KİV-lərdə Azərbaycan dilinin norma və qaydaları ilə bağlı mənfi meyllərin aradan qaldırılmasına nail olmaqdır

· Xəbərçi
Azərbaycan mediasının dili ilə bağlı konfrans keçiriləcək
Azərbaycan Mətbuat Şurası sentyabrda Azərbaycan mediasının dili ilə bağlı konfrans keçirəcək.Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, konfransın məqsədi KİV-lərdə Azərbaycan dilinin norma və qaydaları ilə bağlı mənfi meyllərin aradan qaldırılmasına, bu sahədəki problemlərin həllinə dəstək göstərmək, yeni meyllər ətrafında müzakirələr aparmaq, məsələyə ictimaiyyətin diqqətini cəlb etməklə nöqsanların aradan qaldırılmasına nail olmaqdır.

Konfransda Milli Məclisin deputatlarının, dilçi alimlərin və aparıcı mətbu orqanların rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Şərhlər