Azərbaycan kulinarı iki medal qazanıb
01 İyun 2009 Bazar Ertəsi 09:45
Azərbaycanı Orxan Muxtarovun təmsil etdiyi çempionatda Rusiya, Yunanıstan, Çernoqoriya, Serbiya, Qvatemala və başqa ölkələr iştirak ediblər

Azərbaycan kulinarı Orxan Muxtarov Serbiyada keçirilən beynəlxalq kulinariya çempionatında iştirak edib.  Çempionatda Rusiya, Yunanıstan, Çernoqoriya, Serbiya, Qvatemala və başqa ölkələrin kulinarları ilə yarışan azəbaycanlı iki qızıl medal qazanıb. "AzərTAc"ın məlumatına görə, O.Muxtarov birinci qızıl medala ən yaxşı balıq yeməyi nominasiyasında layiq görülüb. Bundan başqa, o, təklif olunan ərzaqlardan istifadə etməklə, 5 saat ərzində daha üç yemək hazırlayaraq ikinci qızıl medala nail olub.
Qeyd edək ki, kulinar indiyədək ölkəmizi Ukrayna, Malta və Türkiyədə keçirilən beynəlxalq müsabiqələrdə təmsil edib.  O, 6 qızıl, 8 gümüş və 4 bürünc medal sahibidir.
Gələn il aşpazımız beynəlxalq çempionatın münsiflər heyətində təmsil olunmağa dəvət edilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar