Azərbaycan kosmosa daha bir peyk buraxacaq
07 Aprel 2011 Cümə Axşamı 16:28
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan kosmosa məsafədən zondlama peyki buraxacaq.


Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) direktor müavini Tofiq Süleymanov məlumat verib.

MAKA nümayəndəsinin sözlərinə görə, bu peyk Rabitə və İnformasiya Nazirliyinin peykindən fərqli olaraq yer təkini öyrənmək məqsədi daşıyacaq. Peyk vasitəsi ilə MAKA tərəfindən yer təkinin məsafədən zondlanması həyata keçiriləcək, müvafiq qurumların sifarişləri yerinə yetiriləcək.

Peykin kosmosa nə vaxt buraxılacağı barədə konkret tarix söyləməyən T. Süleymanov bununla bağlı məsələnin MSN-in hazırladığı kosmik sənayenin inkişafına dair xüsusi proqramda əksini tapdığını deyib. Hazırda proqram Nazirlər Kabinetində baxılmaqdadır.

T. Süleymanov hazırda MAKA-da peyk qəbuledici stansiyanın fəaliyyət göstərdiyini, Agentliyin digər ölkələrin peyklərini müəyyən zaman ərzində icarəyə götürməklə onlardan məlumatları əldə etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar