Azərbaycan İranla sərhəddə gömrük məntəqəsinin bərpasında maraqlıdır
28 Oktyabr 2013 Bazar Ertəsi 15:38
Aydın Əliyev gömrük məntəqələrinin modernlşdirilməsindən danışıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yeni sərhədyanı gömrük məntəqələrinin açılması imkanları haqqında danışıb. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Aydın Əliyev bildirib ki, Azərbaycan gömrüyü diqqəti gömrük məntəqələrinin modernləşdirilməsinə yönəldib.
"Biz bu məntəqənin bərpa edilməsinin tərəfdarıyıq. Azərbaycan bu ideyanın təşəbbüskarıdır".
Komitə sədri İranla sərhəddə "Xudafərin" gömrük-buraxılış məntəqəsinin bərpa edilməsində maraqlı olduqlarını da ifadə edib.
"Azərbaycan İranla sərhəddə gömrük məntəqəsinin bərpasında maraqlıdır. "Hazırda hər hansı nəticədən danışmaq tezdir, danışıqlar aparılır. Bu məsələnin həll edilməsi üçün iki ölkənin razılığı olmalıdır", - deyə Aydın Əliyev sözlərinə əlavə edib.
.
DOSTLARINLA PAYLAŞ: