Azərbaycan hökuməti Somali xalqına yardım üçün 100 min ABŞ dolları ayırıb
12 Avqust 2011 Cümə 02:34
Azərbaycan və BMT arasında Somaliyə yardımla bağlı saziş imzalanıb
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev və BMT-nin Çox-tərəfdaşlıq Etimad Fondunun Ofisinin İcraçı Əlaqələndiricisi Bisrat Akiullu müvafiq olaraq Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı adından BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Somalidə Ümumi Humanitar Fond üçün Standart İnzibati Sazişi imzalayıblar. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, Sazişi imzalamaqla Azərbaycan hökuməti Somalidə aclığın aradan qaldırılması və Somali xalqının əzabının azaldılması istiqamətində davam edən beynəlxalq və milli səylərə dəstəklə bağlı Somali Respublikası hökumətinin və digər beynəlxalq təşkilatların təcili yardım çağırışlarına cavab verib.

Sazişə uyğun olaraq, Azərbaycan hökuməti yuxarıdakı məqsədlər üçün 100 min ABŞ dolları ayırıb və adıçəkilən məbləğ Saziş imzalandıqdan dərhal sonra Çox-tərəfdaşlıq Etimad Fondunun Ofisi vasitəsilə Somalidə Ümumi Humanitar Fonda köçürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar