Azərbaycan hərbçiləri növbəti kurslara başlayır
29 Aprel 2011 Cümə 10:36
Kurslara may ayından etibarən start veriləcək
Gələn aydan etibarən Azərbaycan hərbçilərinin bir sıra kurslarda iştirakına start veriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hərbçilərimiz ilk olaraq 2-6 may tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək “Əldə-düzəltmə partlayıcı qurğular əleyhinə mübarizə” mövzusunda kursa qatılacaqlar.
Məlumata görə, daha sonra onlar “Anadolu Ulduzu-2011” axtarış və xilasetmə təliminin müşahidəçilərin ziyarət günündə iştirak edəcək (03-05.05.2011, İzmir, Türkiyə), Azərbaycan-ABŞ iş planına əsasən, “Döyüş dalğıcı” kursu (04.05.2011-06.09.2012, San-Antonio, ABŞ), Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən, “Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı” (MPSO İTC) kursu (09.05-17.06.2011, Vişkov, Çexiya), NATO-nun “İnformasiya əməliyyatları planlaşdırıcıları” kursu (09-20.05.2011, Oberamerqau, Almaniya), Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, “Hospitala aparılmazdan əvvəl travmalara qarşı mübarizə” üzrə hərbi kurs (10-13.05.2011, Kaunas, Litva) və Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursuna (12-18.05.2011, Brüssel / Mons, Belçika) qatılacaqlar.
DOSTLARINLA PAYLAŞ: