Azərbaycan sentyabrın 21-dən 23-dək Fransada keçiriləcək “TOPRESA” Beynəlxalq turizm sərgisində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a verilən məlumata görə, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 70 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcək.
Tədbir çərçivəsində Fransaya Azərbaycanın milli rəqslərini ifa etmək üçün rəqs qrupu da ezam olunacaq. Azərbaycanın tanınmış turizm şirkətlərinin də qatılacağı sərgidə nümayiş olunacaq materialların fransız dilinə tərcüməsi başa çatıb.
Qeyd edək ki, Azərbaycan “TOPRESA” Beynəlxalq turizm sərgisində artıq ikinci dəfə iştirak edir.
Azərbaycan Fransada keçiriləcək turizm sərgisində iştirak edəcək
Beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 70 kvadratmetrlik pavilyonda nümayiş olunacaq




Şərhlər