Azərbaycan əsgəri yaralandı
27 May 2014 Çərşənbə Axşamı 20:02
Ermənilər bir neçə kəndi atəşə tutub.
Ermənistan silahlı bölmələri Füzuli rayonunun cəbhə xəttində yerləşən Alxanlı kəndini atəşə tutub.
ANS PRESS-in məlumatına görə, snayperdən atılan atəş nəticəsində Lənkəran şəhərindən hərbi xidmətə çağırılan Mehman Mirzəzadə yaralanıb.
Yaralı əsgər ərazidə yerləşən hospitala çatdırılıb. Onun vəziyyəti barədə dəqiq məlumat yoxdur.
Yerli sakinlər xəbər verir ki, Ermənistan silahlı bölmələri Tərtər rayonunun Qapanlı kəndini də atəşə tutub. Evlərə və kənd təssərrufatına ziyan dəyib.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: